COP30 keçirilən məkanda yanğın olub

22:24 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın Belem şəhərində COP30-un keçirildiyi ərazidə yanğın olub.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin iqlim danışıqları - COP30 Braziliyanın Belem şəhərində yerləşən tədbir məkanında yanğın baş verməsi səbəbindən təxliyə olunur.

BMT-nin və təhlükəsizlik əməkdaşları Belem şəhərindəki COP30 məkanında baş verən yanğını söndürmək üçün hadisə yerinə qaçıblar. Beynəlxalq iqlim hərəkatı təşkilatlarının yer aldığı stendlər yanıb.

Bundan əvvəl yağış suları iqlim zirvəsinin keçirildiyi əraziyə dolaraq iştirakçıların hərəkətinə maneə törətmişdi.